Slovakiya Respublikası

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur.

Azərbaycanı Slovakiyada ölkəmizin Avstriyadakı Səfirliyi təmsil edir. 2019-cu ilin 28 noyabr tarixində Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin açılış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Slovakiya Respublikası parlamentində isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanla dostluq qrupu fəaliyyət göstərirlər.

Ali və yüksək səviyyəli səfərlər

18-19 mart 2004-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Slovakiyaya səfər etmişdir.

12-14 noyabr 2018-ci il tarixlərində Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrininin Azərbaycana səfər etmişdir.

12-16 iyun 2015-ci il tarixlərində Slovakiya Respublikası parlamentinin sədri Peter Pelleqrini Azərbaycana səfəri etmişdir (“Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə).

28-29 avqust 2004-cü il, 26 yanvar 2015-ci il, 3 sentyabr 2015-ci il və 3-6 dekabr 2019-cu il tarixlərində Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Slovakiyaya səfər etmişdir.

Slovakiya Respublikasının Xarici işlər nazirlərinin Azərbaycana səfərləri: Eduard Kukan – 31 yanvar - 2 fevral 2000-ci il, Yan Kubiş – 28 aprel 2008-ci il, Miroslav Layçak – 14-16 mart 2010-cu il,10-13 aprel 2013-cü il, 5 mart 2019-cu il (ATƏT-in fəaliyyətdən olan sədri qismində) və 28 noyabr 2019-cu il.

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında 9 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2014

-

19,1

19,1

2015

0,01

16,56

16,57

2016

0.1

21.5

21.6

2017

0.9

23

23.9

2018

0.047

30.1

30.1

Mənbə: AR Statistika Komitəsi

Azərbaycandan Slovakiyaya ixrac: meyvə şirələri, neft məhsulları.

Azərbaycana Slovakiyadan idxal: qaz sayğacları, müxtəlif avadanlıqlar, poladdan hazırlanmış məhsullar.

Arxiv üzrə axtarış