Nikahın Bağlanmasının Qeydə Alınması

Nikahın qeydə alınması

 

Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az 

Azərbaycan Respublikasının vətəndaşları nikahın qeydə alınması üçün aşağıdakı sənədləri Səfirliyin konsulluğ şöbəsinə təqdim etməlidirlər:

  1. nikaha daxil olan şəxslərin yazılı razılıq ərizəsi;
  2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri);
  3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənədlər (əsli və surəti);
  4. subaylıq haqqında arayışlar;
  5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
  6. Nikah şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün  20 ABŞ dolları  məbləğində dövlət rüsumunun Səfirliyin konsulluğ bank hesabına ödənilməsini təsdiq edən qəbz;
  7. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşları konsulluğa şəxsən ərizə ilə müraciət etməlidirlər.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

İştirak etməli olan şəxslərin siyahısı:

  1.  Nikaha daxil olmağı arzu edən şəxslər;
  2.  Nikaha daxil olmağı arzu edən şəxslərin şahidləri.

 

Bank rekvizitləri:

Botschaft der Republik Aserbaidschan

Bank: “Bank Austria” SWIFT: BKAUATWW

IBAN: AT39 1100 0017 5329 7901

 

Qeyd: Tərəflərin Azərbaycan Respublikasının vətəndaşı olması tələb olunur.

Arxiv üzrə axtarış