Etibarnamələrin təsdiq edilməsi

“MOBİL NOTARİAT”

Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.

Baş konsulluqda konsul bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edir.

Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilir. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

Tələb olunan sənədlər

  • Etibar edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti;
  • Etibar edilən şəxsin şəхsiyyətini təsdiq edən sənədin surəti;
  • Etibarnamənin mətnindən asılı olaraq əlavə digər sənədlər;
  • Etibarnamənin rəsmiləşdirilməsi üçün 20 ABŞ dolları məbləğində dövlət rüsumunun Səfirliyin bank hesabına:

      Bank rekvizitləri:

 

      Bank: “Bank Austria”

      SWIFT: BKAUATWW

      IBAN: AT39 1100 0017 5329 7901

  •  ödənilməsini təsdiq edən qəbz.

 

     Qeyd: Vətəndaş yuxarıda sədalanan sənədlərlə birlikdə şəxsən Səfirliyə müraciət etməlidir.

Arxiv üzrə axtarış