Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsinə dair
Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir.
Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
- Vətəndaşın ərizəsi;
- Şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə);
- Yaşayış yeri haqqında arayış (Meldebescheinigung);
- Ərizəçinin Avstriyada daimi və ya müvəqqəti yaşamaq haqqında icazəsi (Aufenthalterlaubnis, Niederlassungserlaunis);
- Səfirliyin bank hesabına 10 avro məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz (Bank: “Bank Austria” SWIFT: BKAUATWW, IBAN: AT39 1100 0017 5329 7901);
Qeyd 1: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin (arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.