Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması və qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydaları

Vətəndaşlığı və şəxsiyyəti təsdiq edən müvafiq sənədləri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası vətəndaşılığına mənsubiyyətini müəyyən etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. 1 ədəd ərizə anket(passersatzpapier.pdf);
  2. 2 ədəd rəngli foto-şəkil (3x4 sm ölçüdə);
  3. Olduğu təqdirdə şəxsiyyəti təsdiq edən hər hansı sənəd (doğum haqqında şəhadətnamə, Forma A kartı, nikah haqqında şəhadətnamə, köhnə SSRİ pasportu, valideynlərə məxsus sənədlər və s.)
  4. Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi üçün dövlət rüsumununödənilməsi haqqında qəbz (10 avro) (Dövlət rüsumu haqqında qanun, Maddə 16.4.1.2); 

Pasportu itmiş, yararsız hala düşmüş və ya pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı sənədləri təqdim etdikdə Səfirlik tərəfindən müvafiq qayıdış şəhadətnaməsi rəsmiləşdirilə bilər: 

  1. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə:
    pasportun əsli;
  2. Pasport itdikdə və ya oğurlandıqda:

 Üzərində fotoşəkil olan, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən sənədlərdən biri (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi);

 Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli;

 Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün 10 avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (Dövlət rüsumu haqqında qanun, Maddə 16.1.3).

passersatzpapier.pdf

 

Bankverbindung:
Botschaft der Republik Aserbaidschan
Bank: “Bank Austria” SWIFT: BKAUATWW, IBAN: AT39 1100 0017 5329 7901

Arxiv üzrə axtarış