Ümumvətəndaş pasportlarinin rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydalari
Ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları
Azərbaycan Respublikası vətəndaşına ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.
Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Baş konsulluğa gəlməli, əl-barmaq izi verməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir. Nəzərə alınmalıdır ki, yeni ümumvətəndaş pasportlarının əldə edilməsi 2 (iki) ayadək davam edə bilər. Yeni pasportların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu qeyri iş günləri xaric həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 09.30-dan 12.30-dək Səfirlikdə aparılır.
- 18 yaşı tamam olmuş şəxslərə yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ümumvətəndaş pasportunun əsli və surəti;
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- 2 ədəd 3x4 ölçüdə fotoşəkil (anket üçün);
- Konsulluq qeydiyyatı haqqında anket(əgər vətəndaşın ümumvətəndaş pasportunda Konsulluq qeydiyyatı haqqında müvafiq təsdiq varsa, anketin doldurulmasına ehtiyac yoxdur);
- 25 ABŞ dollar məbləğində dövlət rüsumunun Səfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz (Dövlət rüsumu haqqında Qanun, maddə 16.1.2) Bank: “Bank Austria” SWIFT: BKAUATWW, IBAN: AT39 1100 0017 5329 7901; “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Səfirlikdə nəğd ödəniş qəbul edilmir.
Qeyd: Əgər şəxsiyyət vəsiqəsi yoxdursa və ya itirilmişsə, habelə ümumvətəndaş pasportunun da vaxtı bitmiş isə pasport müraciətinin qəbul olunması üçün öncədən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması zərurəti yaranır. Belə olan halda, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı Azərbaycan Respublikasının müvafiq qurumlarına sorğu göndərilir və sorğuya cavab Baş konsulluğa daxil olduqdan sonra (1 ay içərisində) pasport müraciəti qəbul olunur.
Qeyd: Yeni ümumvətəndaş pasportunun hazır olması ilə bağlı vətəndaşa məlumat verildikdən sonra, pasport Səfirliyin qəbul saatlarında (Konsulluq xidmətinin qəbul günləri və saatları qeyri iş günləri həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri saat 09.30-dan 12.30-dək) şəxsən götürülə bilər. Pasport poçt vasitəsilə geri göndəriləcəyi halda, üzərində pasport üçün müraciət etmiş vətəndaşın şəxsi ünvanı yazılmış, sifarişli, poçt markası yapışdırılmış zərfin təqdim edilməsi zəruridir. Baş konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün müraciət etməzdən öncə və ya pasport üçün müraciət etdikdən sonra 10 iş günü ərzində ASAN Xidmətdə aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir. Qeyd edilən dövlət rüsumunun AR DİN-in hökumət ödəniş portalı (https://e-payment.mia.gov.az) vasitəsilə (qeyd edilən portalda ödənişi yalnız şəxsiyyət vəsiqəsi ilə etmək mümkündür) və ya hökumət ödəniş portalı (gpp.az) vasitəsilə (qeyd edilən portalda ödənişi yalnız şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə etmək mümkündür) də ödənilməsi mümkündür;
- bir yaşınadək uşaqlar üçün - 15 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat
- on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 60 manat
Qeyd: Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə ASAN Xidmətdə əlavə olaraq dövlət rüsumu ödənilməlidir;
Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə vətəndaşa məxsus vaxtı keçmiş pasport Baş konsulluğa təhvil verilməlidir;
Qeyd: Ümumvətəndaş pasportu itirildikdə ərizə, oğurlandıqda isə polis və ya müvafiq səlahiyyətli təşkilatın arayışı təqdim edilməlidir;
Qeyd: 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, səhhəti ilə bağlı hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə yeni ümumvətəndaş pasportları rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə yeni ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir.
- 18 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşlarına yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün yuxarıda qeyd edilən sənədlərə əlavə olaraq aşağıdakı sənədlər də təqdim edilməlidir:
- Doğum haqqında şəhadətnamənin əsli və surəti;
- Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi(əgər hər iki valideyin azyaşlıya yeni pasport rəsmiləşdirilməsi üçün Baş konsulluğa şəxsən gəlmişlərsə, o halda razılıq ərizəsi hər iki valideyn tərəfindən Konsulluqda imzalanmalıdır, ərizənin notarial qaydada təsdiqinə ehtiyac yoxdur);
- Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərinin (pasport və ya şəxsiyyət vəsiqələri) və nikah haqqında şəhadətnamələrinin əsli və surəti;
- İlk dəfə pasport almaq üçün sənədlərini təqdim edən şəxslər tərəfindən yuxarıdakı sənədlərə əlavə olaraq qan qrupu haqqında müvafiq arayış da təqdim edilməlidir.
- Azərbaycan Respublikasında dünyaya gəlmiş, 18 yaşı tamam olmamış, Azərbaycan Respublikasının etibarlı şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportuna malik olmayan, lakin Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələri olan şəxslərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən fərdi identifikasiya nömrəsi alınmaqla (FİN) yeni ümumvətəndaş pasportu rəsmiləşdirilə bilər. Bunun üçün yuxarıda qeyd edilən sənədlərə əlavə olaraq aşağıdakılar da təqdim edilməlidir:
- Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən (keçmiş zaqs) verilmiş doğum haqqında şəhadətnamələri olan şəxslərin valideyni tərəfindən FİN alınması barədə müvafiq ərizə (nümunə);
- Ərizəyə vətəndaşın doğum haqqında şəhadətnaməsi və valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əlavə edilməlidir.
Qeyd: Nəzərə alınmalıdır ki, FİN-in alınması təxminən 2 ayadək davam edə bilər;
Qeyd: FİN ilə ilk pasport almaq üçün sənədlərini təqdim edən şəxslər tərəfindən yuxarıdakı sənədlərə əlavə olaraq qan qrupu haqqında müvafiq arayış da təqdim edilməlidir;
Avstriya Sloveniya Slovakiyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair sənədləşmə qaydası
Valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxsə xarici ölkənin qeydiyyat idarələri tərəfindən ona doğum haqqında şəhadətnamə verildiyi təqdirdə, Səfirlik tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün valideynlər tərəfindən aşağıdakı sənədlər Baş konsulluğa təqdim edilməlidir:
- Xarici ölkənin müvafiq dövlət qurumu tərəfindən rəsmiləşdirilən doğum haqqında şəhadətnamənin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
- Doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcüməsinin Səfirlik tərəfindən təsdiqi;
- Hər iki valideynin şəxsiyyətini təsdiq edən, etibarlılıq müddəti bitməmiş sənədlərinin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) surəti;
- Nikah haqqında şəhadətnamənin surəti;
Qeyd: Avstriya Solveniya və Slovakiyada dünyaya gələn AR vətəndaşlarına AR-in ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün həmin ölkələrin müvafiq dövlət qurumları tərəfindən verilən doğum haqqında şəhadətnamə andlı tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə edilməlidir. Tərcümənin düzgünlüyü Səfirlikdə təsdiq olunmalıdır.
Qeyd: Sənədləri Səfirliyə poçtla göndərərkən və ya şəxsən təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, email ünvanı və s.) qeyd etməyi unutmayın.
Qeyd: Sənədlərin poçt vasitəsilə sizə geriyə göndərilməsini istəyirsinizsə, üzərində ünvanınız yazılmış, sifarişli, (poçt xidməti ödənişi sizin tərəfinizdən həyata keçirilməklə) poçt markası yapışdırılmış boş zərfin təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Qeyd: Yuxarıda sadalanan sənədlər Səfirliyə poçtla və ya şəxsən təqdim edilə bilər. Sənədlər Səfirliyə daxil olduqdan sonra aidiyyəti üzrə icraata götürülür və doğumun qeydiyyata alınması və Fərdi İdentifikasiya Nömrəsinin (FİN) verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vətəndaşın doğumu qeydiyyata alındıqdan və ona Fərdi İdentifikasiya Nömrəsi (FİN) verildikdən sonra (bu əməliyyatlar bir qayda olaraq iki ay davam edir) bu barədə Səfirliyə müvafiq məlumat verilir. Bundan sonra vətəndaş AR-in ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb edilən və Səfirliyin internet səhifəsində qeyd edilən sənədləri hazırlayaraq Səfirliyin Konsulluq xidməti bölməsinə şəxsən müraciət edə bilər.