Səfi̇rli̇k haqqinda
Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi 1995-ci ildə Vyanada fəaliyyətə başlamışdır. Səfirlik eyni zamanda Sloveniya Respublikasında və Slovakiya Respublikasında akkreditasiya olunmuş, həmçinin Azərbaycan Respublikasının ATƏT, BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları UNOV, UNODC, UNIDO, CTBTO və AEBA yanında daimi nümayəndəliyi kimi fəaliyyət göstərir və Vyanada yerləşən digər təşkilatlarla əməkdaşlığı inkişaf etdirir.
Səfirlik, Vyananın 13-cü rayonunda, 1899-cu ildə inşa edilmiş məşhur Hans Mozer Villasında yerləşir. Unudulmaz aktyor həyatının son illərini bu binada yaşamışdır. 2001-ci ildə məşhur avstriyalı aktyor Hans Mozerin əmlakı Azərbaycan hökuməti tərəfindən satın alınmışdır. Bina təmir edilmiş və nümayəndəlik məqsədləri üçün uyğunlaşdırılmışdır. Hazırda Vyanadakı səfirlik Azərbaycanın xaricdəki ən böyük diplomatik nümayəndəliklərindən biridir.
2021-ci ilin 23 iyul tarixində Rövşən Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri, eyni zamanda Azərbaycan Respublikasının ATƏT və BMT-nin Vyanada yerləşən təşkilatları yanında daimi nümayəndəsi təyin edilmişdir.
Səfirliyin heyəti:
Siyasi Bölmə:
Azad Aslanov - Müşavir
Bayram Məmmədbəyli - Müşavir
Şahin Şahyarov - Müşavir
Fuad Manafov - Birinci katib
Lalə Ağayeva - Birinci katib
Sənan Hüseynov - Birinci katib
Zülfiyyə Alizadə - İkinci Katib
Aydan Muradova - İkinci Katib
Fidan Mahmudova - İkinci Katib
Ayaz Axundov - Üçüncü katib
Hərbi Attaşenin ofisi:
Azər Heybətli - Hərbi attaşe
Sənan Babayev - Hərbi attaşenin köməkçisi
Konsulluq bölməsi:
Əli Qarayev - Birinci katib
İnzibati-texniki heyət
Şəmsi Bünyadov - Maliyyə məsələləri üzrə attaşe
İsmayıl Məmmədov – təsərrüfat müdiri
Zakir İmanlı - sürücü
Səfirliyin ünvanı:
Hügelgasse 2, A-1130, Wien
Tel: +431 4031322
Elektron poçt: office_vienna@mission.mfa.gov.az
İş rejimi: saat 09:00-19:00
Nahar fasiləsi: saat 13:00-15:00
Konsulluq bölməsinin qəbul saatları: bazar ertəsi, çərşənbə və cümə günləri saat 09:00-12:00.
Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi
Leyla Qasımova - Direktor
Ünvan: Bellariastrasse 8, A-1010 Wien
Tel: +431 5223507
Elektron poçt: office@azculture.at
Azərbaycan Respublikasının Sankt Pölten şəhərindəki Fəxri Konsulluğu
Fəxri konsul - Andreas Köniqsberqer
Yurisdiksiyası: Aşağı Avstriya, Yuxarı Avstriya və Burqenland
Dr. Karl Renner Promenade 36, 3100 St. Pölten
Telefon: +43 / (0) 676 305 40 30
Elektron poçt: stpoelten@mfa.gov.az
Azərbaycan Respublikasının Zalsburq şəhərindəki Fəxri Konsulluğu
Fəxri konsul - Mixael Haynritsi
Yurisdiksiyası: Zalsburq, Tirol və Forarlberg
Bessarabierstrasse 38, 5020 Zalzburq
Tel: +43 664 306 80 00
Elektron poçt: michael@heinritzi.at
Azərbaycan Respublikasının Bratislava şəhərindəki Fəxri Konsulluğu
Fəxri konsul - Cəlal Qasımov
Yurisdiksiyası: Slovakiya Respublikası
Klobučnícka 4
811 01 Bratislava, Slovakiya
Tel: 00421/2/54 64 9041
Faks: 00421/2/54 64 9043
Elektron poçt: bratislava@mission.mfa.