Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair
Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
- Vətəndaşın ərizəsi
- Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi);
- Yaşayış yeri haqqında arayış və onun Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsi (Meldebescheinigung);
- Sorğu göndərilməsi üçün Səfirliyin hesabına 10 avro dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz. (Bank: “Bank Austria” SWIFT: BKAUATWW, IBAN: AT39 1100 0017 5329 7901).
Qeyd 1. Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.
Qeyd 2. Şəxsin özünün iştirakı mümkün olmadıqda, Azərbaycan Respublikasının Avstriyadaki Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edilmiş şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından müvafiq arayışı əldə edə bilər