İmzaların təsdiqlənməsinə dair qaydalar
1) Xarici rəsmi sənədlər təsdiqlənməsi üçün onlar orijinal formada və Avstriya Respublikasının müvafiq idarəsi tərəfindən təsdiq edildikdən sonra səfirliyə təqdim edilməlidir.
2) Təsdiqlənmə aşağıdakı müvafiq idarələr tərəfindən edilə bilər:
Məhkəmə və notarial qaydada verilən şəhadətnamələrin təsdiqlənməsi üçün əyalət və ya rayon məhkəməsinin prezidenti məsul şəxsdir;
İnzibati idarələrin verdiyi şəhadətnamələrin təsdiqlənməsi üçün (misal üçün vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlər (doğum, ölüm, nikah haqqında şəhadətnamələr və s.) qeydiyyat sənədi və s.) müvafiq olaraq inzibati rayon idarələri, rayon hökumətləri, əyalətlərin daxili işlər nazirlikləri, daxil işlər üzrə idarələr, senat, müşahidə və inzibati xidmət idarələri və xarici vətəndaşların məsələləri üzrə idarə məsul orqanlardır;
Ticarətlə bağlı sənədlərin təsdiqlənməsi üçün sənaye və ticarət palatası, eləcə də sənətkarlar palatası məsul orqandır;
Cinayət məsuliyyətinə cəlb olunmamağa dair sənədin təsdiqlənməsi üçün Baş Federal Prokurorluq və Federal Mərkəzi Registr məsul orqandır;
Xarici rəsmi sənədlər yalnız notarius tərəfindən təsdiq edildiyi halda qəbul edilməyəcəkdir;
Fiziki şəxslər tərəfindən verilən etibarnamələr Səfirliyə şəxsən təqdim edildikdə, əlavə təsdiqə ehyiyac yoxdur. Etibarnamə Səfirliyə poçtla göndərildiyi təqdirdə, etibarnaməni verən şəxsin imzası notarial qaydada təsdiq olunmalıdır.
3) Bundan əlavə aşağıdakıları Səfirliyə təqdim etmək lazımdır:
Hər sənəd üçün 25 € məbləğində rüsumun ödənilməsini təsdiq edən qəbz. Qəbzi tədqim edərkən yuxarıda qeyd edilən rüsum artıq səfirliyin hesabında olmalıdır (Bank: “Bank Austria”, SWIFT: BKAUATWW, IBAN: AT39 1100 0017 5329 7901) Səfirlikdə nəğd ödəmə və bank çekləri təqdim etmə mümkün deyildir;
Təsdiq edilən sənədlərin surəti.
4) Təsdiq edilmiş sənədləri şəxsən konsulluq şöbəsinin qəbul saatlarında götürə bilərsiniz. Sənədlərin poçt vasitəsilə sizə geriyə göndərilməsini istəyirsinizsə, sənədlərə üzərində ünvanınınz yazılmış və müvafiq məbləğdə marka yapışdırılmış zərf əlavə edilməsini xahiş edirik.