Xaricdə daimi və ya müvəqqəti yaşayan vətəndaşların qeydiyyatı

Səlahiyyətli orqanlar tərəfindən verilmiş müvafiq sənəd əsasında Avstriya, Slovakiya və Sloveniyada daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyində uçota alınırlar.

  1.  Doldurulmuş uçot vərəqəsi (buradan yüklə)
  2. Uçota alınan vətəndaşın rəngli fotoşəkili (3x4 ölçüsü)
  3. Vətəndaşın pasportunun sürəti
  4. Vətəndaşın ölkədə daimi və yaşamaq icazəsinə malik olmasını təstiq edən sənəd(lər)in sürəti.

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarınıb qeydiyyatı ödənişsiz yerinə yetirilir.

 

Müraciət forması

Sənədlər tam və düzgün tərtib edildikdən sonra poçt vasitəsilə vətəndaşlarının yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyinə göndərilir.

 

Ünvan: Hügelgasse 2, A-1130, Wien

Arxiv üzrə axtarış