Səfi̇rli̇k haqqinda

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi 1995-ci ildə Vyanada fəaliyyətə başlamışdır. Səfirlik eyni zamanda Sloveniya Respublikasında və Slovakiya Respublikasında akkreditasiya olunmuş, həmçinin Azərbaycan Respublikasının ATƏT, BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları UNOV, UNODC, UNIDO, CTBTO və AEBA yanında daimi nümayəndəliyi kimi fəaliyyət göstərir və Vyanada yerləşən digər təşkilatlarla əməkdaşlığı inkişaf etdirir.

Səfirlik, Vyananın 13-cü rayonunda, 1899-cu ildə inşa edilmiş məşhur Hans Mozer Villasında yerləşir. Unudulmaz aktyor həyatının son illərini bu binada yaşamışdır. 2001-ci ildə məşhur avstriyalı aktyor Hans Mozerin əmlakı Azərbaycan hökuməti tərəfindən satın alınmışdır. Bina təmir edilmiş və nümayəndəlik məqsədləri üçün uyğunlaşdırılmışdır. Hazırda Vyanadakı səfirlik Azərbaycanın xaricdəki ən böyük diplomatik nümayəndəliklərindən biridir.

2021-ci ilin 23 iyul tarixində Rövşən Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri, eyni zamanda Azərbaycan Respublikasının ATƏT və BMT-nin Vyanada yerləşən təşkilatları yanında daimi nümayəndəsi təyin edilmişdir.

 

 

Arxiv üzrə axtarış