Qarabağ xanlığının tarixinə dair Avstriya Milli Kitabxanasında keçirilmiş tədbir
Vyananın Hofburq saray kompleksində yerləşən Avstriya Milli Kitabxanasında “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının təqdimatına həsr edilmiş tədbir keçirilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə beş dildə nəşr edilmiş kollektiv əsərin müəllifləri Gürcüstan Milli Muzeyinin (GMM) aparıcı əməkdaşlarıdır.
Tədbiri Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Avropanın mədəni-tarixi mərkəzlərindən olan Avstriya Milli Kitabxanasının kuratoru Irmgard Harrer açmışlar.
Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Gürcüstan Milli Muzeyinin baş kuratorunun müavini Tebrone Nadiradze, Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pommier Vinçelli, Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Raynhard Hess Qarabağ xanlığının müxtəlif aspektlərinə dair çıxış ediblər.
Tədbirin sonunda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı Avstriya Milli Kitabxanasına və tədbir iştirakçılarına hədiyyə edilib.
9.12.2024