Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin elanı
Avstriya, Slovakiya və Sloveniyada daimi yaşayan və (və ya) müvəqqəti olan, yaxud uzun müddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilmişdir.
Səsvermə Avstriya Respublikasının Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının Səfirliyində yaradılacaq Seçki Məntəqəsində həyata keçiriləcək.
Seçkilərdə iştirak etmək məqsədilə həmin ölkələrdə yaşayan, 18 yaşına çatmış aktiv seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına daxil edilməsi üçün:
Seçicinin - Soyadı, adı, atasının adı
Doğulduğu il (18 yaşı tamam olmuşlar üçün -əlavə olaraq, doğulduğu ay və gün)
Daimi və ya müvəqqəti yaşadığı və ya olduğu yerin ünvanı (küçə, binanın və mənzilin nömrəsi, evin nömrəsi, yaşayış yeri müvəqqəti məskunlaşma yeridirsə — xəstəxananın, sanatoriyanın, istirahət evinin və ya digər yerin ünvanı) haqqında məlumatları qeydiyyat_vienna@mission.mfa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.