Azərbaycan Respublikasi Prezidenti seçkiləri (11 aprel 2018-ci il)
AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTİ SEÇKİLƏRİ
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilmişdir.
Azərbaycan Respublikasının Vyanadakı Səfirliyi Avstriya, Sloveniya və Slovakiya ərazisində yaşayan və ya müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarını seçkilərdə iştirak etməyə dəvət edir.
Səsvermə Səfirliyin binasında 2018-ci il aprelin 11-də saat 08:00-dən 19:00-dək keçiriləcəkdir.
Seçkidə iştirak etmək üçün Azərbaycan Respublikası vətəndaşının etibarlı pasportunu özünüzlə götürməyiniz zəruridir.
Ünvan: 1130., Hügelgasse 2, Vyana