2015-09-23

Opening of the Permanent Diplomatic Representation of Azerbaijan in Slovakia

Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun 2015-ci ilin 26 yanvar tarixində Slovakiya Respublikasına rəsmi səfəri zamanı Slovakiyanın Baş Nazirinin müavini və Xarici və Avropa İşləri Naziri cənab Miroslav Layçak ilə keçirdiyi görüşdə ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsini təşviq etmək məqsədilə Azərbaycanın Slovakiyada daimi diplomatik təmsilçiliyinin təsis edilməsi qərarına gəlmişlər. Bununla əlaqədar, Azərbaycanın Avstriyadakı Səfirliyinin (o cümlədən Slovakiyada akkreditə olunub) paytaxt Bratislavada Ofisi işə başlamış və bu məqsədlə müvəqqəti işlərin vəkili təyin edilmişdir.

Ofisin rəsmi açılış mərasimi 23 sentyabr tarixində təşkil olunmuşdur.  Mərasimdə Slovakiyanın dövlət və hökumət təmsilçiləri, o cümlədən bu ölkənin keçmiş Prezidenti cənab Rudolf Şuster, parlament nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Avstriya, Sloveniya və Slovakiya Respublikalarındakı səfiri Qalib İsrafilov, Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov və Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin Dövlət Katibi İqor Slobodnik çıxış ediblər.

Çıxış edənlər, Bratislavada diplomatik missiyanın açılmasını Azərbaycanla Slovakiya arasında ikitərəfli əlaqələrin yeni mərhələsinin başlanğıcı olacağını və bundan sonra daha da gücləndirilməsi və genişləndirilməsinə xidmət edəcəyini xüsusilə vurğulamışlar. 

Arxiv üzrə axtarış