Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının zəruri etibarlılıq müddəti barədə məlumat

13 avqust 2020-ci il tarixində "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Höküməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş" qüvvəyə minmişdir. Sazişa əsasən Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 (altı) ay olmalldlr. Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməlidirlər; əgər bu müddət 6 aydan azdırsa, onlar etibarlılıq müddəti 6 aydan çox olan yeni pasport əldə edərək Türkiyəyə səfər etməlidirlər.

Arxiv üzrə axtarış