Sloveniya Respublikası

Sloveniya Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımış və 20 fevral 1996-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.

Milli Məclisdə Azərbaycan-Sloveniya, Sloveniya parlamentində isə Sloveniya – Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərirlər. Hər iki qrup parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayırlar.

22 dekabr 2014-cü il və 20 yanvar 2016-cı il tarixlərində Sloveniya parlamenti tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iki sənəd qəbul edilmişdir. Qeyd olunan sənədlərdə münaqişənin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin təhlükəsiz şəkildə öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həlli dəstəklənir. 2016-cı ildə qəbul edilmiş sənəddə eyni zamanda etnik təmizləmə, qırğın və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin kəskin pislənməli olduğu qeyd edilmiş, bu xüsusda Ermənistan silahlı qüvvələrinin 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının insanlığa qarşı cinayət olduğu vurğulanmışdır.

2014-cü ildə Azərbaycan-Sloveniya Birgə İşçi Qrupu təsis edilmişdir.

 

Yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Sloveniyaya səfərləri: 27-29 avqust 2006-ci il, 9-10 iyun 2011-ci il.

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Danilo Türkün səfəri: 9-10 noyabr 2009-cu il.

Sloveniya Respublikası Milli Şurasının sədri cənab Aloyz Kovşanın səfəri – 25-26 oktyabr 2018-ci il (VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə);

Sloveniya Respublikası Milli Şurasının sədri cənab Mitya Bervarın səfəri – 2-5 mart 2015-ci il; 

Sloveniya Respublikasının Baş naziri cənab Yanez Yanşanın səfəri – 15-16 yanvar 2013-cü il.

 

Nazirlərin səfərləri

19-20 aprel, 2002-ci il - Xarici İşlər naziri cənab D.Rupelin rəsmi səfəri;

1-2 aprel 2005-ci il - Xarici İşlər naziri cənab D.Rupelin ATƏT-in sədri qismində rəsmi səfəri;

5 sentyabr 2005-ci il - Xarici İşlər naziri cənab D.Rupelin ATƏT-in sədri qismində rəsmi səfəri;

5-6 dekabr 2005-ci il - Xarici İşlər naziri cənab E. Məmmədyarovun işgüzar səfəri;

17-18 aprel 2008-ci il - Xarici İşlər naziri cənab E. Məmmədyarovun rəsmi səfəri;

6-7 noyabr 2009-cu il - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Lyublyana şəhərində keçirilən “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda konfransda iştirak etmək üçün Sloveniyaya səfəri;

7-9 aprel 2011-ci il - Sloveniyanın mədəniyyət naziri xanım M. Şirtsanın və Sloveniyanın Nova Qoritsa şəhərinin Meri cənab Matey Arçonun Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfəri;

26-30 sentyabr 2011-ci il - Azərbaycanın Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın Sloveniyaya səfəri;

18-20 sentyabr 2012-ci il - Sloveniya Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri cənab Radovan Jeryavın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanda rəsmi səfəri;

28-30 avqust 2013-cü il -  Sloveniyanın  müdafiə  naziri cənab Roman  Jakiç, iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnik və Lyublyana şəhərinin meri cənab Zoran Yankoviç ölkəmizə səfəri;

12-14 mart, 2015-ci il – Azərbaycan Respublikasının müdafiə naziri cənab Zakir Həsənovun Sloveniya Respublikasına rəsmi səfəri.

Humanitar sahədə əməkdaşlıq

Azərbaycan dövlətinin dəstəyi ilə Azərbaycanın igid oğlu, Sovet İttifaqı və Sloveniyanın qəhrəmanı Mehdi Hüseynzadənin 2007-ci ildə onun həlak olduğu Nova Qoritsa rayonun Şempas qəsəbəsində büstü və 2011-ci ildə isə xatirə muzeyi açılmışdır. 2013-cü ildə M.Hüseynzadənin 95 illik yubileyi ilə bağlı onun dəfn olunduğu Çepovan qəsəbəsindəki qardaşlıq məzarında memorial kompleks ucaldılmışdır.

Həmçinin 31 may 2018-ci ildə Sloveniyanın Maribor şəhərində müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsi ucaldılmışdır.

 

Müqavilə hüquq bazası

İki ölkə arasında 12 sənəd imzalanmışdır.

 

Azərbaycan ilə Sloveniya arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2014

8646.5

13.2

8659.7

-8633.3

2015

14556

9429.9

23985.9

-5126.1

2016

14098.2

4172.5

18270.7

-9925.7

2017

17587.5

5274.4

22861.9

-12313.1

2018

15375.47

8332.38

23707.85

-7043.09

 

Sloveniyadan Azərbaycan Respublikasına idxal: dərman vasitələri, müxtəlif avadanlıqlar və s. 

Azərbaycan Respublikasından Sloveniyaya ixrac: neft məhsulları və s.

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum. Bakı, 9 noyabr 2009;

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı, 9 noyabr 2009.

“Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” və həmin Konvensiyanın Protokolu. Lyublana, 9 iyun 2011.

Arxiv üzrə axtarış