Xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya səfər edib.
3-5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə işgüzar səfər edib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirak və çıxış edib, habelə tədbirdə iştirak edən həmkarları və digər rəsmi şəxslər ilə bir sıra ikitərəfli görüşlər keçirib.
Həmçinin 5 dekabr tarixində nazir Ceyhun Bayramov 4-cü Azərbaycanşünaslıq üzrə Avropa Konfransı çərçivəsində Azərbaycanın genişlənən regional və qlobal rolu mövzusunda dəyirmi masa müzakirəsində çıxış edib. Nazir Ermənistanla sülh gündəliyimiz və regional bağlantılar sahəsində Azərbaycanın təşəbbüsləri daxil olmaqla ölkəmizin xarici siyasətinin əsas istiqamətləri barədə iştirakçılara məlumat verib.