“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
İkitərəfli münasibətlərə dair

Avstriya ilə diplomatik əlaqələr

Avstriya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 15 yanvar 1992-ci ildə tanımışdır. İki dövlət arasında diplomatik əlaqələr 20 fevral 1992-ci ildə qurulmuşdur. 1 sentyabr 1995-ci ildə Azərbaycan Respublikasının Vyanada səfirliyi fəaliyyətə başlamış və 22 iyun 2010-cu ildə Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal Naziri cənab Michael Spindelegger və Federal İqtisadiyyat, Ailə və Gənclər Naziri cənab R.Mitterlehnerin iştirakı ilə Avstriya Respublikasının Bakıdakı Səfirliyinin açılışı olmuşdur. Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında 39 ikitərəfli sənəd imzalanıb.


Slovakiya ilə diplomatik əlaqələr

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki dövlət arasında diplomatik əlaqələr 23 noyabr 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında 7 ikitərəfli sənəd imzalanmışdır. Slovakiyada Azərbaycanı iqamətgahı Bratislavada olan fəxri konsul təmsil edir. Sloveniya ilə diplomatik əlaqələr Sloveniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb. İki dövlət arasında diplomatik əlaqələr 20 fevral 1996-cı ildə qurulub. Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında 10 ikitərəfli sənəd imzalanıb. Sloveniyada Azərbaycanı iqamətgahı Lyublyanada olan səfirliyin ofisi təmsil edir.


Sloveniya ilə diplomatik əlaqələr

Sloveniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki dövlət arasında diplomatik əlaqələr 20 fevral 1996-cı ildə qurulmuşdur. Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında 10 ikitərəfli sənəd imzalanmışdır. Sloveniyada Azərbaycanı iqamətgahı Lyublyanada olan səfirliyin ofisi təmsil edir.

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti