“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Səfirin Tərcümeyi halı
Ceyhun Bayramov
Rövşən Sadıqbəyli

Səfir Rövşən Sadıqbəyli 2002-ci ildən Azərbaycan Respublikasının dövlət qurumlarında çalışır. O, 2006-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işə başlamışdır. 2006–2016-cı illər ərzində XİN-in Xarici Siyasətin Planlaşdırılması və Regional Təhlükəsizlik İdarələrində müxtəlif vəzifələrdə çalışmışdır.

2010–2013-cü illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində ikinci və birinci katib vəzifələrində əmək fəaliyyətində olmuşdur.

2016–2021-ci illərdə Rövşən Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyində və Azərbaycan Respublikasının ATƏT və digər beynəlxalq təşkilatlar yanında Vyanadakı Daimi Nümayəndəliyində müşavir və səfir müavini vəzifələrində çalışmışdır.

23 iyul 2021-ci il tarixində Rövşən Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında səfiri, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikasının Vyanadakı Daimi Nümayəndəsi təyin olunmuşdur.

Səfir Rövşən Sadıqbəyli bakalavr və magistr dərəcələrini Yaxın Şərq Araşdırmaları, Beynəlxalq Münasibətlər və Təhsil Siyasəti sahələrində müvafiq olaraq Bakı Dövlət Universiteti, Türkiyənin Bilkənt Universiteti və ABŞ-ın Massaçusets Universitetində almışdır. O, həmçinin Almaniyada Corc C. Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzində (2007), İsveçrədə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində (2009) və İtaliyada NATO Müdafiə Kollecində (2009) təlim proqramlarında iştirak etmişdir.

Səfir Rövşən Sadıqbəyli ingilis, rus və fransız dillərini bilir. O, evlidir və bir oğlu var.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti