Vətəndaşlığı və şəxsiyyəti təsdiq edən müvafiq sənədləri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası vətəndaşılığına mənsubiyyətini müəyyən etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
-
1 ədəd ərizə anket(passersatzpapier.pdf);
-
2 ədəd rəngli foto-şəkil (3x4 sm ölçüdə);
-
Olduğu təqdirdə şəxsiyyəti təsdiq edən hər hansı sənəd (doğum haqqında şəhadətnamə, Forma A kartı, nikah haqqında şəhadətnamə, köhnə SSRİ pasportu, valideynlərə məxsus sənədlər və s.)
-
Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi üçün dövlət rüsumunun ödənilməsi haqqında qəbz (10 avro) (Dövlət rüsumu haqqında qanun, Maddə 16.4.1.2);
Pasportu itmiş, yararsız hala düşmüş və ya pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı sənədləri təqdim etdikdə Səfirlik tərəfindən müvafiq qayıdış şəhadətnaməsi rəsmiləşdirilə bilər:
-
Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə:
pasportun əsli; -
Pasport itdikdə və ya oğurlandıqda:
Üzərində fotoşəkil olan, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən sənədlərdən biri (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi);
Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli;
Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün 10 avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (Dövlət rüsumu haqqında qanun, Maddə 16.1.3).
Bankverbindung:
Botschaft der Republik Aserbaidschan
Bank: “Bank Austria” SWIFT: BKAUATWW, IBAN: AT39 1100 0017 5329 7901