“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Səfirlik
Səfirlik
Səfirlik haqqında

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi 1995-ci ildə Vyanada fəaliyyətə başlamışdır. Səfirlik eyni zamanda Sloveniya Respublikasında akkreditasiya olunmuş, həmçinin Azərbaycan Respublikasının ATƏT, BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları UNOV, UNODC, UNIDO, CTBTO və AEBA yanında daimi nümayəndəliyi kimi fəaliyyət göstərir və Vyanada yerləşən digər təşkilatlarla əməkdaşlığı inkişaf etdirir.

Səfirlik, Vyananın 13-cü rayonunda, 1899-cu ildə inşa edilmiş məşhur Hans Mozer Villasında yerləşir. Unudulmaz aktyor həyatının son illərini bu binada yaşamışdır. 2001-ci ildə məşhur avstriyalı aktyor Hans Mozerin əmlakı Azərbaycan hökuməti tərəfindən satın alınmışdır. Bina təmir edilmiş və nümayəndəlik məqsədləri üçün uyğunlaşdırılmışdır. Hazırda Vyanadakı səfirlik Azərbaycanın xaricdəki ən böyük diplomatik nümayəndəliklərindən biridir.

2026-cı ilin 29 iyul tarixində Kamil Xasiyev Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, 21 avqust tarixində Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilmişdir.

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti