“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 aprel 2026

Vyana şəhərində Ümümdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyasına (WUF13) dair tədbirlər keçirilmişdir

13 aprel tarixində Vyana şəhərində Ümümdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyasının (WUF13) ictimaiyyətə təqdim edilməsi məqsədilə təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda BMT-nin Vyana Ofisində və ATƏT-in mənzil-qərargahında tədbirlər keçirilmişdir. Tədbirlər Azərbaycanın Vayna şəhərində yerləşən beynəlxalq təşkilar yanında Daimi nümayəndəliyinin, BMT-nin Sənaye Təşkilatının (UNİDO), BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat), ATƏT-in və Vyana şəhər Meriyasının birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Tədbirlər çərçivəsində Ümümdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyasına (WUF13) hazırlıq işləri və qeyd edilən kontekstdə Azərbaycanın əsas məqsədlərinə dair məlumat verilmiş, habelə şəhərsalma, yaşıl transformasiya, iqlim dəyişikliklərinə dayanıqlı şəhərlər və əlçatan qiymətə mənzillər mövzusunda müzakirələr keçirilmişdir. Həmçinin şəhərlərin inkişafı və transformasiyası kontekstində Vyana, Bakı və Bazel şəhərlərinin təcrübələrinə dair fikir mübadiləsi aparılmışdır.

            Müzakirələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev təmsil etmişlər.

            Tədbirlərdə Vyana şəhərində yerləşən beynəlxalq və regional təşkilatların yanında akkreditə olunmuş ölkələrin nümayəndələri və mövzu ilə maraqlanan mütəxəssislər iştirak etmişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti