Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü Səfirlikdə qeyd edilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Səfirlikdə tədbir təşkil edilib. Səfir tədbir iştirakçılarına müasir Azərbaycanın qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, müstəqil Azərbaycanın yenidən qurulmasında Ümummili Liderin rolundan söhbət açıb. Sonda Ulu Öndər Heydər Əliyevin Səfirlikdəki büstünün önünə əklil qoyulub və xatirə şəkli çəkilib.