“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 may 2025

Azərbaycanın təşəbbüsü ilə BMT-nin Cinayətin Qarşısının Alınması və Cinayət Ədliyyəsi Komissiyasının (CCPCJ) 34-cü sessiyası çərçivəsində keçirilən tədbir

BMT-nin Cinayətin Qarşısının Alınması və Cinayət Ədliyyəsi Komissiyasının (CCPCJ) 34-cü sessiyası çərçivəsində  22 may 2025-ci il tarixdə Azərbaycanın təşəbbüsü ilə tədbir keçirilmişdir.

AR Baş Prokurorluğu və Daimi Nümayəndəliyin birgə təşkilatçılığı ilə keçirilən İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün ətraf mühit cinayətlərinə qarşı cinayətin qarşısının alınmasının və ədalət mexanizmlərinin gücləndirilməsi” adlı tədbirdə AR Baş Prokuroru Kamran Əliyev və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) İcraçı direktoru və BMT-nin Vyana Bölməsinin Baş direktoru Qada Vali açılış nitqi ilə çıxış etmişdir. Tədbirdə, həmçinin AR Baş Prokurorluğun və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ətraf mühitin qorunması sahəsində hüquq-mühafizə orqanlarının rolu mövzusunda təqdimatla çıxış etmişlər. Eyni zamanda, tədbirdə Madaqaskarın Ətraf Mühit və Dayanıqlı İnkişaf Naziri Andonirina Fontenin videomüraciətlə çıxışı dinlənilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti