Slovakiyanın Bratislava şəhərində səyyar konsulluq xidməti keçirilib.
2025-ci ilin yanvarın 21-də Azərbaycanın Avstriyadakı Səfirliyi Bratislava şəhərində səyyar konsulluq xidməti həyata keçirib. Qəbul çərçivəsində Konsul Slovakiyada yaşayan həmvətənlərimizə hazır sənədləri təqdim etməklə yanaşı, qayıdış şəhadətnaməsinin verilməsi, konsulluq qeydiyyatı, sürücülük vəsiqələrinin etibarlı olub-olmaması və məhkumluğun olub-olmaması barədə arayışların alınması ilə bağlı xidmətlər göstərmişdir.
Qeyd olunan konsulluq xidmətlərinə dair vətəndaşların müraciətləri qəbul olunaraq qeydiyyata alınmışdır. Əlavə olaraq, vətəndaşları maraqlandıran suallara cavab verilmiş və müvafiq prosedur izah olunmuşdur.