Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun rəhbəlik etdiyi nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 69-cu sessiyasında iştirak edib
2025-ci ilin 15-19 sentyabr tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 69-cu sessiyası keçirilmişdir.
Tədbirdə ölkəmi AR fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun rəhbəlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Sessiyanın mümumi müzakirələr bəndi altında çıxış edən T.Əmiraslanov ölkəmizlə Agentlik arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilmiş COP9 çərçivəsində AR Energetika Nazirliyi ilə Agentlik arasında enerji planlaşdırması sahəsində Anlaşma Memorandumunu imzalanması və icrası, AEBA-nın böyük miqyaslı kütləvi tədbirlər zamanı nüvə təhlükəsizliyinin təmin edilməsi üzrə texniki missiyası çərçivəsində əməkdaşlıq, 2024-cü ildə Agentliklə imzalanmış Ölkə Çərçivə Proqramı çərçivəsində texniki əməkdaşlığın inkişaf etdirilməsi kimi məsələlərə toxunmuşdur.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti üzvlərinin AEBA Katibliyi və digər ölkələrin nümayəndələri ilə ikitərəfli görüşləri keçirilmişdir.