“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mətbuat şərhi 01 sentyabr 2025

Formula 1 yarışına dair

2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2025-ci il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

 

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:

  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçısı olan "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyaından keçməni təsdiq edən digər sənəd;

  2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyaından keçməni təsdiq edən akkreditasiya kartı;

  3. 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olmasını təsdiq edən sənəd;

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti