“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 dekabr 2025

Daimi Nümayəndəlik BMT-nin Korrupsiya əleyhinə Konvensiyanın Tərəf Dövlətlər Konfransının 11-ci sessiyasında iştirak edib

 

Daimi Nümayəndəlik 2025-ci ilin 15-19 dekabr tarixlərində Qətərin Doha şəhərində keçirilən BMT-nin Korrupsiya əleyhinə Konvensiyanın Tərəf Dövlətlər Konfransının 11-ci sessiyasında iştirak etmişdir. Sessiya çərçivəsində Daimi Nümayəndə səfir Rövşən Sadıqbəyli Konfransın sədr müavini seçilmiş və bir sıra plenar iclaslara rəhbərlik etmişdir. Eyni zamanda, sessiyanın “Ümumi müzakirələr” bəndi altında AR Baş Prokuroru Kamran Əliyev, digər müvafiq bəndlər çərçivəsində müzakirələrdə Daimi Nümayəndəlik tərəfindən çıxışlar səsləndirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti