“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 aprel 2025

Bakıda Azərbaycan-Sloveniya biznes-forumu keçirilib.

17 aprel 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan-Sloveniya biznes-forumu keçirilib. Biznes forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, maliyyə nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı, Sloveniyanın Baş nazirinin müavini, xarici işlər və Avropa işləri naziri Tanya Fayon, Biznesin İnkişafı Agentliyinin katibi Tanya Drobinç, İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitja Blaganje ilə yanaşı Sloveniyadan gələn, yerli iş adamları və biznes qurumlarının rəhbərləri iştirak ediblər.

Yerli iş adamları və şirkət rəhbərlərinin Sloveniyadan gələn həmkarları ilə B2B və B2G formatında müzakirələr aparıblar.

  

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti