Azərbaycan xalqının böyük oğlu qəhrəman Mehdi Hüseynzadənin – “Mixaylo”nun xatirəsi anılmışdır
18 fevral 2026-cı il tarixində Maribor şəhərinə səfər çərçivəsində səfir Rövşən Sadıqbəyli, Sloveniya Milli Assambleyasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü Martin Premk, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Andrey Kompara və Dostluq Cəmiyyətinin üzvləri, Sloveniyada yaşayan azərbaycanlılarla ilə birgə Azərbaycan xalqının böyük oğlu qəhrəman Mehdi Hüseynzadənin – “Mixaylo”nun heykəlin ziyarət etmiş və qəhrəmanın xatirəsi anılmışdır.