“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 yanvar 2026

ATƏT-də “İpək Yolu üzərində Türk Dünyası” adlı sərgi keçirilmişdir

 

Cari ilin 12-15 yanvar tarixlərində Vyana şəhərində keçirilmiş “Türk Həftəsi”nin davamı olaraq, 27-29 yanvar tarixlərində ATƏT-də “İpək Yolu üzərində Türk Dünyası” adlı sərgi təşkil edilmişdir.

Sərgidə türk xalqlarının zəngin mədəni irsini və qədim tarixini özündə əks etdirən fotolar nümayiş etdirilmişdir. Sərginin 27 yanvar tarixində keçirilmiş açılışında Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli, ATƏT-in Baş katibi Feridun Sinirlioğlu, türk dövlətlərinin ATƏT yanında daimi nümayəndəlikləri, eləcə də  ATƏT-də akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti