“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 may 2025

Alman faşizmi üzərində Qələbənin 80-ci ildönümü Vyanada qeyd edilib

Alman faşizmi üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları tərəfindən Vyana mərkəzi qəbiristanlığında İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin və Şvartsenberqplatsda Vyana şəhərinin faşistlərdən azad olunmasında şücaət göstərmiş döyüşçülərin şərəfinə ucaldılmış abidə-kompleksin önünə əklil qoyulub və onların xatirəsi ehtiramla yad edilib.

 

Səfir Rövşən Sadıqbəyli çıxış edərək İkinci Dünya müharibəsində 600 mindən artıq Azərbaycan övladının alman faşizminə qarşı ön cəbhədə rəşadətlə vuruşduğu, eləcə də  Azərbaycan döyüşçülərindən ibarət diviziyalardan birinin (46-cı ordunun 223-cü diviziyası) Vyananın azad edilməsində xüsusilə fərqləndiyi və buna görə həmin diviziyanın “Qırmızı bayraq” ordeni ilə təltif olunması barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti