Avstriya Respublikası”

Avstriya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 15 yanvar 1992-ci ildə tanımışdır. Diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi 1 sentyabr 1995-ci ildə açılmışdır. Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 23 iyun 2010-cu ildə açılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2017-ci il tarixli sərəncamları ilə cənab Helmut Mantsenrayter Avstriya Respublikasının Karintiya və Ştiriya vilayətlərini əhatə etməklə Klaqenfurt am Vörterse şəhərində, cənab Andreas Köniqsberqer Yuxarı Avstriya, Aşağı Avstriya və Burqenland vilayətlərini əhatə etməklə Sankt Pölten şəhərində, 11 mart 2019-cu il tarixli sərəncamı ilə isə cənab Mixael Haynritsi Avstriya Respublikasının Zalsburq, Tirol və Forarlberq vilayətlərini əhatə etməklə Zalsburq şəhərində  Azərbaycan Respublikasının fəxri konsulu təyin edilmişlər.

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında münasibətlər pozitiv inkişaf dinamikasına malikdir. Ölkə başçıları, nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri səviyyəsində həyata keçirilmiş qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin inkişafında vacib amil olmuşdur.

Milli Məclisdə Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Avstriya parlamentində isə Avstriya-Cənubi Qafqaz ikitərəfli parlament qrupu fəaliyyət göstərir. Hər iki qrup parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avstriyaya rəsmi səfəri çərçivəsində 13 may 2013-cü il tarixində “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə mühüm hadisə olmuşdur. Həmin səfər zamanı həmçinin Azərbaycan Mədəniyyət Evinin açılışı olmuşdur.

2018-ci ildə Vyanada Avstriya-Azərbaycan Əməkdaşlıq Şurası təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28-30 mart 2019-cu il tarixlərində Avstriyaya səfəri çərçivəsində Vyanada sözügedən Şuranın hər iki ölkənin hökumət üzvlərindən ibarət olan Məşvərət Heyətinin ilk iclası keçirilmişdir.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avstriyaya səfərləri: 12-14 may 2013-cü il, 19 noyabr 2013-cı il, 16 may 2016-cı il, 28-30 mart 2019-cu il.

Avstriya Respublikasının Prezidenti cənab Haynts Fişerin Azərbaycana səfəri: 11-12 oktyabr 2011-ci il.

Avstriya Respublikasının vitse-kansleri cənab Haynts-Kristian Ştraxenin Azərbaycana səfəri: 17-20 sentyabr 2018-ci il.

Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun Avstriyaya səfərləri: 6-7 sentyabr 2005-ci il, 19-22 avqust 2010-cu il, 15-16 avqust 2012-ci il, 12 iyul 2013-cü il, 5-6 may 2014-cü il, 25 yanvar 2015-ci il, 6-8 dekabr 2017-ci il.

Avstriya Respublikasının Xarici İşlər nazirlərinin Azərbaycana səfərləri: cənab Volfqanq Şüssel 9 iyul 1999-cu il, cənab Mixael Şpindeleqqer 22-24 iyun 2010-cu il, cənab Sebastyan Kurts 11 sentyabr 2014-cü il.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında 41 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2014

345,5

88,8

434,3

2015

407,3

118,4

525,7

2016

112,7

63,1

175,8

2017

137,6

62,4

199,9

2018

329,8

66,8

396,6

İdxalda əsas məhsullar: xüsusi maşınlar, dəmir və ya poladdan tənəkə, dərman, o cümlədən baytarlıq preparatları; toxuculuq və dəri sənayesi üçün avadanlıq, ərzaq məhsulları və yemin emalı üçün avadanlıq.

İxracda əsas məhsullar: neft məhsulları, xam pambıq, təzə və quru meyvə və tərəvəz, paslanan metallardan məmulatlar.

Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya” 1999-cu ildə yaradılmışdır. Sonuncu iclas 1 mart 2018-ci ildə Vyanada keçirilmişdir.

Arxiv üzrə axtarış