2020-10-03
Azərbaycan Respublikasının Avstriya, Sloveniya və Slovakiyada yaşayan vətəndaşlarının nəzərinə

Cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü nəticəsində Avstriya, Sloveniya və Slovakiyada yaşayan radikal erməni qrupları tərəfindən nifrət zəminində təxribatları törədilməsi ehtimalı mövcuddur.

Vətəndaşlarımızı və soydaşlarımızı ehtiyatlı və təmkinli davranmağa, təxribatlara uymamağa çağırırıq.

Ehtiyac yarandığı təqdirdə Səfirliyin +43 676 844 509 888 qaynar xətti vasitəsilə əlaqə saxlanılması xahiş olunur.

Yazılı müraciətləri Səfirliyin email adresinə ( vienna@mission.mfa.gov.az ) ünvanlaya bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər